Aİ İranda davam edən müharibənin turizm sektoruna təsirlərini "kritik" hesab etmir


Avropa İttifaqı (Aİ) İranda davam edən müharibənin turizm sektoruna təsirlərini "kritik" hesab etmir.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, rəsmi Brüssel aviaşirkətlərin sərnişinlərə kompensasiya ödəməkdən yayınmaq cəhdlərinin qarşısını almağa hazırlaşır. Avropa aviaşirkətləri hələ ki, böhranın öhdəsindən gələ bilirlər, çünki sığorta polisləri xərcləri azaldır.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri aviasiya kerosininin qiyməti təxminən 84 faiz artıb. Bununla belə, daşıyıcılar yanacaq qıtlığının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Qeyd edək ki, Avropada istehlak edilən aviayanacağın təxminən 75 faizi idxal olunur və bu tədarük əsasən Yaxın Şərqin payına düşür.

Sənəd layihəsində qeyd olunur ki, hazırkı vəziyyət "COVID-19" böhranından fərqli olaraq, turizm sektoru üçün xüsusi tədbirlərin görülməsi zərurətini göstərmir. Aİ hesab edir ki, yanacağın yüksək qiyməti aviaşirkətləri sərnişinlərə kompensasiya ödəməkdən azad edən fövqəladə hal sayılmır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu