Avropanın yeni enerji böhranı üçün xərclənən məbləğ 28 milyard dolları keçib



Avropa Birliyi (AB) sürətlə artan enerji xərclərinin iqtisadiyyatda yaratdığı dağıntıları azaltmaq məqsədilə bir sıra təcili tədbirlər planı açıqlayıb.

AFN.az xəbər verir ki, çərşənbə günü təqdim olunan təkliflər İrandakı müharibənin Avropa iqtisadiyyatı üzərindəki ağır nəticələrini ortaya qoyub.

Avropa Komissiyasının məlumatına görə, müharibənin başlanğıcından bəri yüksək qiymətlər səbəbindən enerji idxalına 24 milyard avro (təxminən 26 milyard dollar) əlavə vəsait xərclənib. Bu, bir dənə də olsun artıq enerji molekulu alınmadan gündəlik 587 milyon dollardan çox əlavə maliyyə yükü deməkdir.

Böhranın təsiri nəticəsində aviasiya və sənaye sektorları ciddi təhdid altındadır. "Lufthansa" qrupu yanacaq xərclərini tənzimləmək üçün oktyabr ayına qədər 20 min uçuşu ləğv etdiyini duyurub. Beynəlxalq Enerji Agentliyi aviasiya yanacağının 70 faizini idxal edən Avropada yaxın həftələrdə ciddi yanacaq qıtlığının yaşanacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda, Almaniyanın kimya nəhəngi BASF məhsullarının qiymətini 30 faizdən çox artırıb, balıqçılıq sektoru isə fəaliyyətini dayandırmaq həddinə çatıb. İngiltərədə də yanacaq və qida qiymətlərinin artması ilə inflyasiya mart ayında yüksəlişə keçib. Enerji naziri Ed Miliband daxili istehsalı artırmaq üçün məktəblərdə günəş panellərinin quraşdırılmasını nəzərdə tutan plan təqdim edib.

Ekspertlər hesab edir ki, İrandakı müharibə ilin ilk yarısı boyunca davam edərsə, Avropa iqtisadiyyatının resessiyaya girməsi qaçınılmaz olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu