Xark adasında partlayışlar baş verib
ABŞ və İsrail qüvvələri Xark adasına bir neçə zərbə endirib və adadan güclü partlayış səsləri eşidilib.
AFN.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat verib. ABŞ Prezidenti Donald Tramp hələ martın 30-da İranın Xark adasını hədəf aldıqlarını bildirərək, buradakı bütün hərbi hədəflərin tamamilə məhv edildiyini iddia etmişdi. Tramp daha sonra "Financial Times" qəzetinə verdiyi müsahibədə İranın neftini ələ keçirmək istəyini dilə gətirmiş və ölkənin əsas neft ixrac terminalı olan Xark adasının nəzarətə götürülməsinin variantlar arasında olduğunu irəli sürmüşdü.
Hazırda adadakı vəziyyət və dəymiş ziyanın miqyası barədə dəqiq məlumatlar gözlənilir.
