Tramp İranın gələcək rəhbəri postuna üç namizəd gördüyünü bildirib


ABŞ Prezidenti Donald Tramp İranın gələcək rəhbəri postu üçün onun fikrincə üç uyğun namizədin olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, o bu barədə "The New York Times" qəzetinə verdiyi müsahibədə danışıb.

Nəşr qeyd edir ki, Amerika lideri söhbət zamanı İslam Respublikasına kimin rəhbərlik edə biləcəyi ilə bağlı "üç çox yaxşı seçimi" olduğunu söyləyib. Lakin Ağ Ev rəhbəri konkret adlar çəkməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl İran dövlət televiziyası ölkənin Ali Rəhbəri Əli Xameneinin iqamətgahına endirilən zərbə nəticəsində öldürüldüyünü xəbər verib və ölkədə 40 günlük matəm elan edilib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bəyan edib ki, yeni xələf seçilənə qədər Ali Rəhbərin vəzifələrini Rəhbərlik Şurası icra edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu