51 yaşlı kişinin meyiti həyətindəki quyudan tapıldı


Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.

AFN.az xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1975-ci il təvəllüdlü Cabbarzadə Sərvər Süleyman oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu