AFEN-dəki partlayışda xəsarət alanların vəziyyəti açıqlandı


Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti barədə məlumat açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, partlayış nəticəsində xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub.

Hazırda pasiyentlərin tibbi müəssisədə müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu