AK Ukraynada sülh təşəbbüslərindən asılı olmayaraq Rusiya aktivlərini dondurmağa davam edəcək
Avropa Komissiyası ABŞ-ın Ukrayna ilə bağlı sülh təşəbbüslərinin həyata keçirilməsindən asılı olmayaraq Rusiya aktivlərini ekspropriasiya etmək səylərini davam etdirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo bildirib.
"ABŞ-ın sülh təşəbbüslərinə baxmayaraq Avropa Komissiyası Rusiya aktivlərinin ekspropriasiyası üzrə işini davam etdirəcəkmi" sualına cavabında diplomat deyib: “Bəli, Rusiya aktivlərinin dondurulması ilə bağlı intensiv işimiz davam edəcək”.


