İspaniya bu il Kiyevə hərbi texnika yardımını 1 milyard avroya çatdıracaq
İspaniya hakimiyyəti Kiyevə ayrılan hərbi texnika yardımının həcmini keçən ilin səviyyəsində saxlamağı və maliyyə yardımını ilin sonuna qədər 1 milyard avroya çatdırmağı planlaşdırır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albares bildirib.
“Keçən il hərbi texnika üçün 1 milyard avro ayrılmışdı və bu il bizim öhdəliyimiz ən azı bu rəqəmə çatmaqdır”, – deyə nazir RNE radiosuna müsahibəsində vurğulayıb. O, həmçinin qeyd edib ki, Madrid artıq Kiyevə 100 milyon avro humanitar yardım ayırıb.
18 noyabrda Madriddə Ukrayna Prezidenti Vladimir Zelenski ilə İspaniya Baş Naziri Pedro Sançes arasında görüş keçiriləcək.
