KİV: İmmiqrasiya siyasətinin sərtləşdirilməsi ABŞ-a 15 milyon işçiyə başa gələ bilər


Amerika Siyasəti üzrə Milli Fondun araşdırmasına görə, Tramp administrasiyasının sərtləşdirdiyi immiqrasiya siyasətləri ölkədə işçi qüvvəsinin 2028-ci ilə qədər 6,8 milyon, 2035-ci ilə qədər isə 15,7 milyon nəfər azalmasına səbəb ola bilər.

AFN.az xəbər verir ki, araşdırmanın nəticələri "Axios" tərəfindən dərc edilib. Ekspertlər hesab edirlər ki, işçi qüvvəsinin azalması ölkənin iqtisadi artımına, mal və xidmət istehsalına mənfi təsir göstərə bilər. Konkret olaraq, araşdırmada bildirilir ki, 2028-ci ilə qədər ABŞ immiqrasiya qanunlarında dəyişikliklərə görə 2,8 milyon, sənədsiz immiqrantlara qarşı daha sərt tədbirlərə görə isə daha 4 milyon işçisini itirə bilər.

Ağ Evin sözçüsü Abiqayl Cekson "Axios"a bildirib ki, ölkədə iqtisadi artımı dəstəkləyə biləcək beyin və əllər çatışmazlığı yoxdur. Bununla belə, hesabat müəllifləri xəbərdarlıq edirlər ki, immiqrasiya tədbirlərinin sərtləşdirilməsi 2025-2035-ci illər arasında ABŞ-ın orta illik ÜDM artımını təxminən yarım faiz azalda bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu