ABŞ-da respublikaçılar Ukraynaya yardımdan imtina barədə xəbərdarlıq ediblər


ABŞ Konqresindəki Respublikaçılar Partiyasının nümayəndələri xəbərdarlıq ediblər ki, demokratlar immiqrasiya qanunlarını sərtləşdirməyə razı olmasalar, Ukraynaya yardımdan imtina edə bilərlər.



Bu barədə NBC News xəbər verir.

Qeyd olunur ki, ABŞ Senatının respublikaçıları immiqrasiya qanunlarının sərtləşdirilməsi təklifini dərc edərək, ABŞ prezidenti Co Baydenə ABŞ-da sığınacaq verilməsi ilə bağlı sərt qaydalar olmadan Ukraynaya əlavə yardım göstərilməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Təklif Ağ Evin və Demokratik Partiya rəsmilərinin kəskin tənqidi ilə qarşılanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu