Serbiya Rusiyaya qarşı sanksiyalar olmadan Aİ-yə daxil ola bilməz - AK sədri


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Serbiyanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmasını tələb edib. O bildirib ki, bunsuz Brüssel Belqradı etibarlı tərəfdaş hesab edə bilməyəcək.

AK sədri əks halda Serbiyanın bloka qoşulma ehtimalını istisna edib.

O, Serbiyaya səfəri zamanı mətbuat konfransında deyib: “Serbiyanın Aİ-yə daxil olması istiqamətində konkret addımlar atmasının vaxtı çatıb. Biz Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, xarici siyasətimiz arasında daha yüksək səviyyəli uyğunlaşma görməliyik. Sizi Aİ-nin xarici siyasəti ilə 61% uyğunlaşma əldə etdiyinizə görə təbrik edirəm. Lakin daha çox şeyə ehtiyac var. Biz Serbiyanı etibarlı tərəfdaş kimi görmək istəyirik".

Qeyd edək ki, Aİ-nin genişlənmə prosesinin bir hissəsi olaraq, bütün namizəd ölkələr üzvlük üçün ilkin şərt olaraq xarici siyasətlərini 100% Brüsselə yönəltməlidirlər. Onlar Aİ-nin bütün xarici siyasət qərarlarına istisnasız olaraq riayət etməyə borcludurlar, baxmayaraq ki, bu ölkələrin onların qəbul edilməsinə heç bir təsiri yoxdur. Bu, Aİ-yə daxil olmaq üçün əsas ilkin şərtlərdən biridir, lakin onun tək yerinə yetirilməsi qəbula zəmanət vermir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu