Qəzzada atəşkəsin qüvvəyə minmə vaxtını vasitəçilər açıqlayacaq
İsrail və HƏMAS arasında dolayı danışıqlarda vasitəçilər Qəzza sektorunda atəşkəsin dəqiq qüvvəyə minmə vaxtını açıqlayacaqlar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Həzəm Kassem bildirib.
Kassem mövzu ilə bağlı HƏMAS-ın "Telegram" kanalındakı açıqlamasında deyib: “Biz atəşkəs barədə razılaşma əldə etmişik, onun qüvvəyə minmə tarixini vasitəçilər açıqlayacaq”.


