İsrail Trampın Qəzza planına bir neçə düzəliş edib


İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planının hazırlanmasında iştirak edib və sənədə bir neçə düzəliş daxil edib.

AFN.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qəzetin yazdığına görə, ən diqqətçəkən düzəliş dövlətçilik məsələsi ilə bağlıdır. Planda müstəqil Fələstin dövlətinin yaradılması imkanı göstərilir, lakin iki dövlətli həll nəzərdə tutulmur. Nəşr bildirir ki, iki dövlətli həll perspektivi göstərilmədikdə Səudiyyə Ərəbistanının ABŞ liderinin planını maliyyələşdirmə ehtimalı azdır.

Ağ Ev daha əvvəl planın detallarını açıqlamışdı. Sənəd döyüşlərin tam dayandırılmasını, HƏMAS tərəfindən saxlanılan girovların 72 saat ərzində azad edilməsini və Qəzzanın keçid dövründə xarici idarəyə verilməsini nəzərdə tutur. Sakinlərə ərazini tərk etmək və geri dönmək imkanı da yaradılır.

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda Trampla keçirdiyi mətbuat konfransında planı dəstəklədiyini açıqlayıb, lakin HƏMAS planı rədd edərsə və ya sabotaj edərsə, İsrailin işi “özbaşına tamamlaya biləcəyini” vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu