Aİ: Üzv ölkələr öz hava məkanında dronları vurmaq barədə qərarı təkbaşına verəcək


Avropa Komissiyası (Aİ) üzv ölkələrə şübhəli hesab etdikləri pilotsuz uçuş aparatlarını (PUA) öz hava məkanlarında məhv edib-etməməyi qərarlaşdırmaq hüququ verir.

AFN.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ nümayəndəsi Toma Renye bildirib.

Çox ehtiyatlı olmaq lazımdır – üzv dövlətlər milli səlahiyyətləri çərçivəsində əsas rolu oynayır. Bir çox məsələ üzv ölkələrin əlindədir. Dronların məhv edilməsi ilə bağlı mən, Avropa Komissiyasının nümayəndəsi kimi, müdaxilə etməməliyəm, bu prosesdə əsas rol üzv ölkələrə məxsusdur”, – deyə Renye vurğulayıb.

O əlavə edib ki, son dövrdə baş verən dron insidentləri hər bir dövlət tərəfindən ayrıca araşdırılır və buna görə də Komissiya hadisəyə cavab vermək səlahiyyətində deyil.

Bununla yanaşı, Renye Avropanın şərq qanadında həyata keçiriləcək “Dron Divarı” layihəsinin həm aşkarlama, həm də məhv etmə funksiyasına malik olacağını təsdiqləyib, lakin qeyd edib ki, bu müdaxilə vasitəsi son hadisələrə cavab olaraq istifadə olunmayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu