İsveç öz nüvə bombasını yaratmağa hazırlaşır
İsveçdə hərbi nüvə proqramını bərpa etmək barədə müzakirələr gedir, baxmayaraq ki, ekspertlər bunun həyata keçirilməsinin çətin olduğunu vurğulayırlar.
AFN.az xəbər verir ki, bu barədə britaniyalı "The Times" qəzeti yazır.
Qəzet xatırladır ki, mart ayında “Svenska demokratlar” partiyasının lideri Yimmi Ökesson təhlükəsizlik vəziyyətinə görə ölkənin müharibəsonrası dövrdə gizli inkişaf etdirdiyi nüvə proqramı üzərində yenidən düşünməyin vaxtı gəldiyini bildirib. "The Times" həmçinin qeyd edir ki, dövlətin Müdafiə Araşdırmaları İnstitutundan (FOA) tədqiqatçı Robert Dalşö bir neçə həftə sonra İsveç tərkibli müstəqil nüvə silahı ideyasını müzakirə etməyin vaxtı gəldiyini söyləyib.
Bundan əlavə, Avropa Parlamentinin deputatı və hökumətdə təmsil olunan “Xristian demokratlar” partiyasından Alisa Todoresku Møve də oxşar mövqedədir və İsveçin avropalı nüvə strategiyasının formalaşmasında rol oynamağı düşünməli olduğunu bildirib.
Qəzet vurğulayır ki, İsveçin nüvə silahı istehsal etmək üçün texnoloji və sənaye gücü, xüsusilə atom silahı üçün lazım olan materialların istehsal infrastrukturu olub-olmadığı qeyri-müəyyəndir. Məqalədə xatırladılır ki, ölkədə elektrik enerjisinin təxminən üçdə birini təmin edən altı atom elektrik stansiyası mövcud olsa da, sonuncusu 40 il əvvəl tikilib və tamamilə yeni böyük sənaye layihəsi tələb olunacaq.


