ABŞ-ın zərbələri İranın nüvə infrastrukturunu məhv edə bilməyib


ABŞ-ın bombardmanları İranın nüvə infrastrukturuna zərər vurmayıb.

AFN.az xəbər verir ki, bunu İranın vitse-prezidenti və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami “Rusiya-24” telekanalına müsahibəsində bildirib.

O, qeyd edib: “Bombardmanlar nüvə infrastrukturumuzu heç bir şəkildə məhv edə bilmədi. Biz əməkdaşlığı davam etdirmək üçün aydın plana sahibik. Atom texnologiyalarının sülh məqsədli inkişafından heç bir sapma olmayacaq. Şübhəsiz ki, biz dayanmadan irəliləyirik”.

İslami bu şərhi ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə münasibət bildirərkən verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu