ABŞ Əfqanıstanla Baqram hava bazasına nəzarəti bərpa etməyi müzakirə edir


Vaşinqton administrasiyası Əfqanıstan nümayəndələri ilə ABŞ-ın Baqram aviabazasına nəzarətinin bərpasını müzakirə edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Baqramla nə baş verəcəyini görəcəyik. Biz Əfqanıstanla danışıqlar aparırıq. Baza tərk edilməməli idi", - deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp ABŞ-ın Baqram aviabazasına nəzarəti geri almağa çalışdığını iki gün əvvəl açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu