Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir


ABŞ prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik təminatlarının xüsusiyyətlərinin hələ müzakirə edilmədiyini bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Avropa ölkələrinin mühüm öhdəliklər götürülməli olacağını deyib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib: "Təhlükəsizlik zəmanətlərinin nə olacağını bilmirik, çünki konkret detalları hələ müzakirə etməmişik. İlk növbədə, Avropa tərəfindən onlara lazım olduğu kimi əhəmiyyətli təhlükəsizlik zəmanətləri veriləcək. Amma biz onlara dəstək vermək baxımından iştirak edəcəyik".

Tramp qeyd edib ki, ABŞ artıq Ukraynaya pul xərcləmir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu