Tramp: Putinlə Ukrayna təhlükəsizlik zəmanətləri üzrə razılaşdıq

Vladimir Putinlə apardığımız danışıqlar bir sıra məsələlərdə, xüsusilə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi mövzusunda razılıqla nəticələndi.
AFN.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlər Trampdan Ukrayna üçün ərazi dəyişikliyi və NATO-dan kənar təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma əldə olunub-olunmadığını soruşublar.
“Hesab edirəm ki, bu, müzakirə etdiyimiz məsələlərdən biridir. Əslində bunlar əsasən razılaşdırılmış məqamlardır” - deyə Tramp cavabında bildirib.