ABŞ hərbi yardımın kəsilməsinin Ukraynaya təsir edib-etməyəcəyini bilmir
ABŞ qanunvericiləri bilmirlər ki, Avropa dövlətlərinin orduları üçün maliyyə proqramlarının azaldılması Ukraynaya hərbi yardımın həcminə təsir göstərəcək.
AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, administrasiyanın planı Respublikaçıların çoxluq təşkil etdiyi, NATO və Ukraynaya ikipartiyalı dəstəyin qaldığı Konqresdə çaşqınlıq yaradıb. Qanunvericilər maliyyənin nə qədər kəsiləcəyi və Ukrayna ilə bağlı vəsaitlərin bu qərardan təsirlənib-təsirlənməyəcəyi ilə bağlı aydın deyil. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi müvafiq sorğulara baxmayaraq, hələlik konqresmenlərə bu məsələ ilə bağlı məlumat verməyib.
“The Washington Post” bildirir ki, 2018-ci ildə Estoniya, Latviya və Litva ordularını maliyyələşdirmək üçün başlayan Baltik Təhlükəsizlik Təşəbbüsü proqramı digər məsələlərlə yanaşı kəsiləcək. Qeyd edilir ki, bu qərar ABŞ-ın müttəfiqlərinin narahatlığına səbəb olub və onlar administrasiyanın Avropaya yönəlik siyasətini anlamaqda çətinlik çəkirlər.


