ABŞ Rusiya və Ukrayna arasında texniki danışıqlar aparmaq istəyir


ABŞ mümkün üçtərəfli sammitdən əvvəl RusiyaUkrayna nümayəndələri arasında texniki məsləhətləşmələrin təşkilində maraqlıdır.

AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff mümkün üçtərəfli sammitdən əvvəl Rusiya və Ukrayna arasında texniki danışıqlar aparmaq üçün görüşün təşkili səyləri çərçivəsində Zelenskinin ofisinin rəhbəri Andriy Yermak ilə Nyu-Yorkda görüşəcək”, – qəzet yazır.

Qəzetin mənbələrindən biri – ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya və Ukrayna rəsmiləri arasında aşağı səviyyəli danışıqlar aparılarsa, ərazilər, təhlükəsizlik təminatları və digər məsələlər müzakirə olunacaq və bu, daha yüksək səviyyəli danışıqlara yol açacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu