Rusiya ABŞ nümayəndəsinin Ukrayna ilə danışıqlarda iştirakını istəmir

Danışıqlar çox güman ki, ABŞ və Türkiyə nümayəndələri olmadan baş tutacaq.
AFN.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Ukraynanın Rusiya ilə danışıqları zamanı ABŞ nümayəndəsi yəqin ki, iştirak etməyəcək.
Nəşrin görüşün keçiriləcəyi yerdə olan müxbiri Tom Beytman qeyd edib ki, ABŞ rəsmisi, ABŞ dövlət katibi Marko Rubionun köməkçisi Maykl Antoni Rusiya-Ukrayna-Türkiyə görüşündə iştirak etməyəcək.
O əlavə edib ki, Anton Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə ayrıca görüşəcək.
Rusiyanın “İnterfaks” agentliyi də öz mənbələrinə istinadənbildirib ki, Rusiya nümayəndə heyəti mayın 16-da İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqlar zamanı ABŞ nümayəndələrinin iştirakına qarşı çıxıb. Bundan əlavə, Türkiyə nümayəndəsi yalnız görüş iştirakçılarını salamlayaraq danışıqları tərk edəcək.