İsrail HƏMAS-ın təhlükəsizlik rəhbərini öldürüb
İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbində HƏMAS-ın təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvədi öldürüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Qəzzanın qərbində HƏMAS-ın təhlükəsizlik aparatına rəhbərlik edən terrorçu Mahmud əl-Əsvəd vurulub. Onun öldüyü faktdır", - deyə məlumatda bildirilir.
İsrail Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Əl-Əsvəd HƏMAS hərəkatının təhlükəsizlik aparatında əsas fiqur olub və terror təşkilatı üçün mühüm məlumat mənbəyi olub.


