İsrail Qəzzanın cənubunda HƏMAS hərbi kəşfiyyatının rəisini öldürüb


İsrail ordusu Qəzza zolağının cənubunda HƏMAS hərəkatının hərbi kəşfiyyatının rəhbəri Usamə Tabaşı öldürüb.


AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İDF Qəzzanın cənubunda HƏMAS hərbi kəşfiyyatının rəhbəri və HƏMAS-ın müşahidə və atəşin tənzimlənməsi bölməsinin rəhbəri olmuş terrorçu Usamə Tabaşı öldürüb”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Tabaş HƏMAS-ın yüksək rütbəli terrorçusu və terror təşkilatı üçün mühüm əməliyyat bilikləri mənbəyi olub: "HƏMAS-da müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Xan Yunus briqadasında batalyon komandiri olub”, - deyə mətbuat xidməti əlavə edib.

Bildirilib ki, Tabaşın aradan qaldırılması HƏMASın kəşfiyyat məlumatı toplamaq və qoşunlara ziyan vurmaq qabiliyyətini azaldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu