NBC: Tramp Putini Alyaskada şəxsən qarşılamağı planlaşdırır


ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Alyaskada şərəflə qarşılamaq və şəxsən özü qarşılayacaq.



AFN.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbələrə istinadən NBC News məlumat yayıb.



Bildirilir ki, Rusiya prezidenti Elmendorf-Riçardson hərbi bazasına gələn kimi onun üçün qırmızı xalça səriləcək. Eyni zamanda, mənbələr bildiriblər ki, iki dövlət başçısının görüşünün dəqiq təfərrüatları və mərhələləri yekunlaşmaq üzrədir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu