KİV: Tramp Rusiya-ABŞ sammitində Ukrayna məsələsini bağlamağa çalışacaq


ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişə məsələsini bağlamağa çalışacaq.



AFN.az xəbər verir ki, bu məlumat CBC telekanalına istinadən verilib.



“Tramp Alyaskada Putinlə tarixi görüş təşkil etməklə Ukraynadakı müharibənin səhifəsini çevirməyə çalışacaq. Rusiya prezidenti ilə görüş Trampın vədini yerinə yetirmək və nəhayət Ukraynada hərbi əməliyyatlara son qoymaq cəhdidir”, - deyə materialda bildirilir.



Telekanal qeyd edib ki, bir çox ekspertlər danışıqların son nəticədə münaqişənin sona çatmasına gətirib çıxaracaq əhəmiyyətli qərarın elanına səbəb olacağına şübhə edir, lakin ABŞ prezidentinin diplomatiyaya yanaşmasını nəzərə alsaq, hər zaman irəliləyiş üçün fürsət var.



CBC əlavə edib ki, Ukrayna münaqişəsi ilə yanaşı, Rusiya Federasiyası və ABŞ liderləri nüvə silahlarına nəzarət kimi digər mühüm təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu