Lavrovun "SSSR" yazılı köynəyinin hansı brendə məxsus olduğu bilindi

Rusiya xarici işlər naziri Sergey Lavrovun Alyaskaya gələndə geyindiyi köynəyin markası məlum olub.
AFN.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Lavrov ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü üçün Alyaskaya Çelyabinsk brendi olan “SelSovet” markalı köynəklə gəlib. Bu barədə Strateji Təşəbbüslər Agentliyinin (ASİ) “Bizi tanıyın” müsabiqəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, həmin köynək SSRİ-dən qalma dizayna malikdir. “SelSovet” 2017-ci ildə Çelyabinskdə yaradılmış orijinal geyim brendidir. Brendin yaradıcıları özlərini belə təqdim edirlər: “Biz yalnız geyim yaratmırıq, həm də arxiv estetikasını yenidən nəzərdən keçirərək onu müasir üslubda təqdim edirik. Bizi eklektizm – keçmişlə indinin, klassiklə avanqardın, ənənə ilə təxribatın vəhdəti – ilhamlandırır.”