ABŞ rəsmiləri Putinin Alyaskaya gəlmək razılığından məmnundurlar - KİV


Ağ Evdə rəsmiləri Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün ABŞ-a gəlməyə razılıq verməsindən məmnundurlar və eyni zamanda təəccübləniblər.



AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.



Telekanalın məlumatına görə, Alyaskanın rəsmiləri və iri sahibkarları da sammitin onların ştatında keçiriləcəyini gözləmirdilər. Görüş yeri açıqlandıqdan sonra onlar Trampın ətrafına onlarla qalmaq təklifləri ilə yaxınlaşmağa başlayıblar.



ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hesab edir ki, sammitin keçiriləcəyi yerin yekun seçimi Rusiya tərəfi üçün də uğurludur. "Putin üçün Alyaskadan daha yaxşı yeganə yer Moskvadır. Ona görə də mən hesab edirəm ki, ilkin vəziyyət Putin üçün böyük qələbədir", - deyə o, CNN-ə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu