Lavrov Alyaskaya üzərində “СССР” yazılı köynəkdə gəlib - VİDEO

Məlum olduğu kimi, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq görüşün keçiriləcəyi Ankoric şəhərindədir.
Lavrovun Alyaskadan görüntüləri isə Rusiyanın teleqram kanallarında yayılıb. Belə görüntülərdən birində Rusiyanın XİN rəhbəri avtomobildən enərək hotelə daxil olub. Bu zaman nazirin geyimi ətrafdakı jurnalistlərin diqqətini cəlb edib. Belə ki, Lavrovun köynəyinin üzərində “СССР”ə (SSSR) bənzər yazını görmək mümkün olub.
Jurnalistlər rusiyalı nazirdən bunun Alyaskaya ilk səfərinin olub-olmadığını soruşub. O isə cavabında daha əvvəllər də həmin ştata səfər etdiyini xatırladıb.
Həmin görüntüləri təqdim edirik:
Qafqazinfo