“Əminəm ki, üçtərəfli görüş keçiriləcək” - Lavrov
“Əminəm ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra mətbuat konfransında deyib.
Lavrov bununla belə, qeyd edib ki, görüşün keçirilməsi üçün bütün tərəflərin razılığı olmalıdır.
“Əminəm ki, belə bir görüş keçiriləcək”, - deyə Lavrov əlavə edib.