Lavrovun xəstəxanada olduğu deyilirdi, hoteldən videosu yayıldı
Dünya mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Lavrov isə, öz növbəsində hazırda hoteldə olduğunu bildirib.
“Mən hoteldəyəm. Sabahkı sammit üçün materiallar oxuyuram”, - deyə Lavrov qeyd edib.
Lavrovun hoteldə olmasını əks etdirən görüntüləri isə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.
Xatırladaq ki, noyabrın 15-16-sı Bali adasında G20 sammiti keçiriləcək. Rusiyanı sözügedən sammitdə S. Lavrov müşayiət edir.