ABŞ Ukraynada sülh üçün hər şeyi edəcək - Dövlət Departamenti


ABŞ Ukraynada sülhün əldə olunması üçün hər şeyi edəcək, lakin bununla bağlı qərarı Moskva və Kiyev verməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.

"Biz sabah nəyin mümkün olduğunu, söhbətin necə getdiyini görəcəyik. Ümidlərimiz var, sülh olmasını istəyirik. Biz buna nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik, lakin son nəticədə Ukrayna və Rusiya bununla bağlı razılığa gəlməlidir", - deyə ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu