ABŞ resursları Çinlə mübarizəyə yönəltmək üçün Ukraynada nizamlanmaya nail olmağa çalışır

Birləşmiş Ştatlar diqqəti və resursları Çinlə mübarizəyə yönəltmək üçün Ukraynada nizamlanmaya nail olmağa çalışır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio deyib.
"Biz hər yerdə hər şeyi edə bilmək istərdik, amma fakt budur ki, resurslar məhduddur və gündə cəmi 24 saat var. Biz nəinki Rusiya və Ukrayna arasında müharibəni bitirə bilsək, həm də Yaxın Şərqdə müəyyən qədər sabitlik və sülhü təmin edə bilsək, bu, böyük fayda verərdi. Əgər bu məsələləri həll edə bilsək, bu, bizə daha çox vaxt, enerji və Hind-Sakit okean regionunda, dünyanın digər bölgələrində açıq şəkildə qarşımıza çıxan çətinliklərə diqqət yetirməyə imkan verəcək”, - deyə Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.