Kiyev Tramp-Putin sammitindən sonra münaqişə perspektivindən ehtiyat edir

Kiyev rəhbərliyi ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Alyaskada danışıqlardan sonra Ukraynaya münaqişənin nizamlanması şərtlərini tətbiq edəcəyindən ehtiyat edir.
AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
"Politico" belə bir nəticəni Ukrayna üçün “kabus” adlandırır. Qəzetin yazdığına görə, Tramp özünü Nobel Sülh Mükafatına namizəd kimi təqdim etməyə çalışır, ona görə də münaqişəni dayandırmaq üçün Kiyev rəhbərliyinə təzyiq göstərməyə çalışacaq.
Qəzetin müsahibə aldığı ekspertlər Kiyevin Alyaska sammiti öncəsi perspektivlərini tutqun şəkildə qiymətləndirirlər. Böyük Britaniyadakı Kral Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Timoti Aşin fikrincə, Ukrayna üçün sülh sazişi o qədər pis ola bilər ki, ölkənin sosial, iqtisadi və siyasi əsaslarını sarsıda bilər və bu, faktiki olaraq dövlətin dağılmasına gətirib çıxara bilər.
Nəşrin mənbələri etiraf edirlər ki, Ukrayna nizamlama danışıqları zamanı ərazi güzəştlərinə getməli olacaq.