KİV: Tramp hakimiyyətə gəlsə Ukraynaya yardım dayanacaq


Donald Tramp 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gələrsə, Ukrayna Silahlı Qüvvələrinə (AFU) silah tədarükü dayandırıla bilər.


AFN.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri yazıb.

Məqalədə deyilir: “Respublikaçıların lideri, keçmiş prezident Donald Trampın yenidən seçilməsi Ukraynaya yardım göndərilməsini dayandıra bilər”.

Nəşrin yazdığına görə, bu məsələ Ukrayna hakimiyyəti üçün narahatlıq mənbəyinə çevrilib. Dəqiqləşdirilir ki, Tramp seçiləcəyi təqdirdə hələ inauqurasiyadan əvvəl Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib. Bunun üçün o, Kiyevə “sonsuz Amerika pul axını”nı bağlamağı planlaşdırır.

ABŞ-da seçicilər arasında Trampın dəstəyi artmağa başlayıb. “The New York Times”ın yazdığına görə, o, ən mühüm altı ştatdan beşində – Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya ştatlarında seçici dəstəyinə görə hazırkı dövlət başçısı Co Baydeni qabaqlaya bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu