KİV: ABŞ-ın Kiyevə yardımını dayandırması qısamüddətli ola bilər

Vaşinqton etiraf edir ki, Kiyev Ağ Evə güzəştə gedərsə, ABŞ-ın Ukraynaya yardımının dayandırılması qısamüddətli ola bilər.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin materialında vurğulandığı kimi, Amerika rəsmiləri hesab edir ki, əgər Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp administrasiyasının tələbləri ilə razılaşarsa, hərbi təchizatda və kəşfiyyat məlumatlarının verilməsində fasilə nisbətən qısamüddətli ola bilər.