Husilər Negevdə hərbi obyektə və Eylat limanına hücum edib

Yəməndəki husilər İsrailin cənubunda yerləşən Negev səhrasında hərbi obyektə və Eylat şəhərindəki limana hücum təşkil ediblər.
AFN.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sariya “Al Masirah” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücum üç pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilib: “İki PUA Negev bölgəsindəki sionist düşmənin vacib hərbi obyektini, üçüncü isə işğal olunmuş Fələstin ərazisində yerləşən Umm ər-Rəşrəş (Eylat) limanını hədəf alıb”.
Sariyanın iddiasına görə, əməliyyat uğurla başa çatıb və məqsədlərinə çatıb.