Husilər İsrailin Nevatim aviabazasına ballistik raket atıblar


Yəməndə yerləşən husiləri Negev səhrasında yerləşən İsrailin Nevatim aviabazasına "hipersonik ballistik raket"lə hücum edib.


AFN.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən Silahlı Qüvvələrinin raket bölmələri işğal altındakı Fələstinin cənubundakı Negev bölgəsində yerləşən İsrailin Nevatim aviabazasına zərbələr endirmək üçün "Fələstin 2" tipli hipersəs ballistik raketindən istifadə edib. Raket hədəfini uğurla vurub" - deyə o bildirib.

Hərəkatın sözçüsünün bəyanatını Husilərin nəzarətində olan "Al Masirah" telekanalı yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu