Husilər İsrailə hücum edib


Yəməndəki husilər İsrailin paytaxtı Təl-Əvivin Yaffa rayonu və Eylat şəhərinə hücum edib.



Husilərin Hərbi Sözçüsü Yəhya Seri Husilərin “Əl-Məsirə” telekanalında yayımlanan açıqlamada məsələ ilə bağlı məlumat verib.

Çoxlu sayda silahlı pilotsuz uçuş aparatı (SPUA) ilə iki hərbi əməliyyat həyata keçirdiklərini ifadə edən Seri, əməliyyatlarda Tel-Əviv yaxınlığındakı Yafa bölgəsini və cənubdakı Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını bildirib.

Mətbuat katibi Seri hər iki əməliyyatın məqsədlərinə çatdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu