Errol Mask Rusiyanın işğal etdiyi ərazilərə səfər etmək istəyir


Mühəndis, iş adamı, amerikalı sahibkar İlon Maskın atası Errol Mask Rusiyanın işğal etdiyi ərazilərə səfər etmək arzusunda olduğunu bildirib.



Jurnalistlərin Moskvadan sonra Donetskə səfər etmək istəyib-istəmədiyini soruşduqda Maskın atası buna hazır olduğunu bildirib.



"Bəli, mən Rusiyanın Rusiyaya birləşmiş hissələrinə baxmaq istərdim. Məhz o süni sərhədlər ki, çəkilmişdi, onlar heç bir məna daşımır," - deyə o bildirib.



Errol Mask həmçinin Sankt-Peterburqa səfər etmək istədiyini qeyd edib və Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu bildirib: "Prezident Putin sabit, konkret insandır. Mən onun çıxışlarını tez-tez izləyirəm və çox vaxt onunla razılaşıram. Onun böyük tarixə malik nəhəng ölkəsi var, ona görə də onun nəyə nail ola bildiyi məni həqiqətən təəccübləndirdi".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu