Bakıxanovda 70 illik qəzalı binaların sakinləri narahatlar - VİDEO

Bakının Bakıxanov qəsəbəsində 70 illik iki bina qəzalı vəziyyətdədir
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 46 və 48 ünvanlarında yerləşən iki bina qəzalı vəziyyətdədir.
Həmin yaşayış binalarının 70 yaşı var.
Sakinlər deyirlər ki, 50-ci illərdə inşa edilmiş ikimərtəbəli binalar taxtadan tikildiyi üçün divarları da çürüyüb.
Sakinlərin sözlərinə görə, yağışlı və küləkli havalarda bu mənzillərdə yaşamaq daha da çətinləşir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında yerləşən, hər biri 2 mərtəbəli, 8 mənzilli olan bu iki bina 1955-ci ildə inşa edilib. Onlar uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Sözügedən binaların qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq akt olmasa da, "Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi" haqqında 25 aprel 2022-ci il tarixli, 96 saylı Sərəncama əsasən Rayon İcra Hakimiyyəti tərəfindən binaların texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim edilib.
Ətraflı Xezerxeber.az-ın videomaterialında: