MAQATE Zaporojjya AES-də işçi sayını artırmağı planlaşdırmır

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojjya AES-dəki missiyasında işçilərin sayını artırmağı planlaşdırmır.
AFN.az xəbər verir ki, bunu Varşavada jurnalistlərə MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
"Zaporijjya AES-də iştirakımızın artırılmasına gəlincə, hazırda bizdə qənaətbəxş hesab etdiyimiz fəaliyyət səviyyəsi var. Bizim orada obyektin təhlükəsizliyi ilə məşğul olan bir neçə ekspertimiz var", - deyə Qrossi "TVP İnfo" tərəfindən yayımlanan mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırıb.