MAQATE-nin İrandakı müfəttişləri geri qayıtdı


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərinin İrandan ayrılaraq Avstriyaya qayıtdığını açıqlayıb.



MAQATE-nin sosial media hesabından verilən məlumata görə, İsrailin hücumları ilə başlayan 12 günlük münaqişə müddətində İranda olan müfəttişlər MAQATE-nin Avstriyanın paytaxtı Vyana şəhərindəki mərkəzinə geri dönüblər.



MAQATE-nin rəhbəri Rafael Qrossi isə İranla müşahidə və yoxlama fəaliyyətlərinin ən qısa zamanda yenidən başlanması üçün bu prosesin necə idarə olunacağı barədə Tehranla aparılan danışıqların həyati əhəmiyyət daşıdığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu