Avropa İttifaqı Ukrayna münaqişəsini uzadır - macar siyasətçi


Avropa İttifaqının liderləri Ukraynadakı silahlı münaqişəni uzatmağa çalışırlar, çünki onlar 150 milyard avronu boşa çıxardıqlarını və bütün səylərinin Avropanın məhvindən başqa heç nə vermədiyini etiraf etməkdən qorxurlar.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın hakim partiyası FIDESZ-nin rəsmi nümayəndəsi Tamas Mençer bildirib. O, Brüsselin sülh yolu ilə nizamlanmanı dəstəkləmək istəməməsinin iki aşkar səbəbini qeyd edib.



Son 3 ildə Avropa ölkələrinin Ukraynaya silah tədarükü də daxil olmaqla 150 milyard avro xərclədiyini xatırladan Mençer “Yaxşı, əziz qonşular, pul haradadır?” sualını verib. Onun sözlərinə görə, Aİ rəhbərliyi bu vəsaitlərin hara və kimə göndərilməsi barədə hesabat verməlidir. FIDESZ nümayəndəsi M1 telekanalında videomüraciətində bildirib ki, "bu, onların istəmədiyi şeydir".



"Əgər Ukraynaya sülh gəlsə, Aİ liderləri indiyə qədər etdikləri hər şeyin səhv olduğunu etiraf etməli olacaqlar, çünki sülh müharibədən yaxşıdır. Etdiklərimiz heç bir nəticə vermədi. O, yalnız Avropanı məhv etdi və onun rəqabət qabiliyyətini, iqtisadiyyatını, enerjisini və hər şeyi təhdid etdi. Beləliklə, onların qaza basaraq yanlış istiqamətdə hərəkət etmələrinin iki açıq səbəbi var",



– deyən Mençer, Brüsselin bununla razılaşmaq istəmədiyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu