Almaniyanın üç əyalətində meşə yanğını


Almaniyanın Türinqiya, Saksoniya və Brandenburq əyalətlərində davam edən meşə yanğınlarına qarşı mübarizə davam edir.



Bildirilir ki, Türinqiya, Saksoniya və Brandenburq əyalətlərində təxminən 5 gündür davam edən meşə yanğınları isti hava, güclü küləklər və su təminində çətinliklər səbəbindən nəzarət altına alına bilməyib. Yanğınlara qarşı müdaxilələr davam edir, yanğınsöndürənlərin yanında silahlı qüvvələr və polis helikopterləri də yanğınsöndürmə işlərinə dəstək verirlər.



Yanğından ən çox zərər görmüş ərazilərdən biri olan Saksoniya ilə Brandenburq əyalətləri sərhədində yerləşən və bir vaxtlar sovet ittifaqının təlim sahəsi kimi istifadə olunan Gohrischheide təbii mühafizə zonasında yanğınsöndürmə işlərinin qalan sursatların partlama təhlükəsi səbəbindən çətinliklə aparıldığı bildirilib.



Rəsmi şəxslər yanğının təxminən 2100 hektar ərazini əhatə etdiyini açıqlayaraq, ziyanın ölçüsünü qiymətləndirmək üçün peyk görüntüləri əsasında analiz aparıldığını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu