İlon Mask Rusiyadan sığınacaq istəyib? - Atası açıqladı

İlon Maskın atası Errol Musk oğlunun Rusiyadan sığınacaq tələb edə biləcəyinə şübhə edir.
AFN.az xəbər verir ki, o bu barədə "İzvestiya"ya açıqlamasında bildirib. "Mən bunun doğru olduğunu düşünmürəm" - deyə o, müvafiq sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, KİV-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında Rusiya Dövlət Dumasının sədr müavini Vladislav Davankovun Rusiya Xarici İşlər Nazirliyinin amerikalı iş adamı İlon Maska ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı müraciət aldığını bildirdiyi ilə bağlı məlumat yayılıb.
Bildirilir ki, o, Rusiya Xarici İşlər Nazirliyinin bu müraciətə bir ay ərzində cavab verməli olduğunu deyib.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Davankov həmin qurumda işləmir. Moskvadakı yüksək vəzifəli mənbə agentliyə bildirib ki, Dövlət Duması sədr müavininin yaratdığı ajiotaj bütün etik normaları aşır və bu cür davranış onun tutduğu vəzifəyə uyğun deyil.