Errol Mask: İlon Mask Rusiyadan raket almağa çalışdı, amma...


Errol Mask: İlon Mask əvvəlcə Rusiyadan raket almağa çalışıb

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İlon Maskın atası, mühəndis və iş adamı Errol MaskGələcəyin Forumu - 2050” tədbirində çıxışı zamanı bildirib.



“O, Rusiyada raket almağa çalışdı. Hamımızın bildiyi kimi, Rusiya ilk raketlərin vətənidir. Lakin ona raket vermədilər, çünki zarafat etdiyini zənn etdilər”, – deyə Errol Mask gülərək qeyd edib.



Atasının sözlərinə görə, İlon Mask bu cəhd uğursuzluqla nəticələndikdən sonra “SpaceX” şirkətinin tərkibində öz raketlərini istehsal etməyə qərar verib və bu sahədə fəaliyyətə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu