Cənubi Koreyada rekombinant qarayara peyvəndi hazırlanıb


Cənubi Koreya daha az yan təsirə malik olduğu bildirilən dünyanın ilk rekombinant zülal əsaslı qarayara peyvəndini hazırlayıb.



Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) tərəfindən hazırlanmış “Barythrax” adlı peyvəndə bu ilin aprel ayında Qida və Dərman Təhlükəsizliyi Nazirliyi tərəfindən icazə verilib.



Hazırlanmış ilk rekombinant zülal əsaslı qarayara peyvəndində oxşar peyvəndlərdən fərqli olaraq xəstəlik törədən mikrobun bütövlükdə özü deyil, yalnız immun sistemini stimullaşdıracaq qədər kiçik bir hissəsi istifadə edilib.



Bu yolla peyvənd qarayara bakteriyasının yaratdığı toksinlərə məruz qalma riskini aradan qaldıraraq daha az yan təsir göstərən formaya gətirilib.



KDCA-nın Xəstəliklərin Diaqnostikası və Təhlili Departamentinin baş direktoru Kim Qab-jun hazırlanan peyvəndin ictimai sağlamlığa əhəmiyyətli töhfə verəcəyini bildirib.



Qeyd edək ki, Cənubi Koreyada 2000-ci ildən bəri heç bir qarayara yoluxması qeydə alınmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu