Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları hazırlayır - Fransa XİN

Avropa İttifaqı 2022-ci ildən etibarən Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
AFN.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.
LCI telekanalının efirində danışan nazir deyib: “AB amerikalı senatorlarla səyləri əlaqələndirərək, Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır".
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.
Fransalı nazir iddia edib ki, sanksiyalar Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsinə mane olmalıdır.