LC Waikiki anbarında yanğın xəbəri təkzib edildi - YENİLƏNİB


FHN-dən bildirilib ki, sözügedən yanğın hadisəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.



Anbara bitişik kağız sexi yanıb və bu barədə ötən gün FHN məlumat yayıb.



***



“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.



AFN.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.



Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.



İlkin məlumata görə hadisə qısapanmadan baş verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu